Püskürtmə çim
Şablon dizaynın özəlləşdirilməsi
PHP (Laravel)
25 iş günü
https://puskurtmecim.az
Hazır qazon tətbiq etmək bahalı, xərc və uzun zaman tələb edən prosesdir. Qazonu əl ilə əkmək isə zəhmət tələb edir. Kiçik ərazilərdə asanlıqla tətbiq olunsa da, böyük ərazilərdə tətbiq etmək üçün əlverişsizdir. Püskürtmə çim isə özünün inkişaf etmək üçün yatağı olduğundan kökləri cücərərkən torpaqla möhkəm birləşir. Beləliklə, torpağın növündən asılı olmayaraq çim öz yatağında bitir. Tərkibindəki təbii yaşıl piqment sayəsində ot bitənə qədər estetik görünüşünü saxlayır. Püskürdülmüş ot 100% üzvi məhsuldur.
HARADA TƏTBİQ OLUNUR
Püskürtmə çim böyük sahələrdə asanlıqla tətbiq olunur. Parklarda, bağçalarda, magistral yol kənarlarında, hava limanlarında, eroziyaya məruz qalmış ərazilərdə, bataqlıqların qurudulmasında, dağıntıların örtülməsi üçün, yanğından sonrakı xoşagəlməz görüntünün örtülməsi üçün, ərazinin abadlaşdırılmasında və daha yaşıl mənzərə görmək istədiyiniz hər hansı bir ərazidə istifadə edilə bilər.